Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib

Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib.Bu barədə "TRT Haber" xəbər verir.
Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində avqustun 31-i gecəsi baş verən 6 bal gücündə zəlzələdən sonra Türkiyədən yardım istənilib.
Çağırış əsasında Türkiyə Xarici İşlər Nazirliyi ilə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), eləcə də Türkiyə Qızıl Aypara Cəmiyyətinin koordinasiyasında hazırlanan humanitar yardım ləvazimatları Kayseridəki Erkilet hava limanından Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə bölgəyə çatdırılıb.
Humanitar yardım bölgədə təcili ehtiyac duyulan sığınacaq vasitələri, gigiyena və ərzaq bağlamalarından ibarət olub.
Zəlzələ nəticəsində 1 141 nəfər həlak olub, təxminən 3 min nəfər yaralanıb.
Son xəbərlər
Daha çox 