Portuqaliyada funikulyor relsdən çıxıb, ölən və yaralananlar var

Portuqaliyanın paytaxtı Lissabonda məşhur “Gloria” funikulyoru relsdən çıxaraq qəzaya uğrayıb.Bu barədə "CNN Portugal" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ən azı 15 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb.
Qeyd edilir ki, funikulyor qəfil idarəetmədən çıxaraq küçə ilə eniş edən zaman binaya çırpılıb.
Qəzanın səbəbi hələlik açıqlanmayıb.
Hadisə ilə əlaqədar Lissabonda üç günlük matəm elan edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 