ABŞ Argentina ilə vizasız rejim sazişinin imzalanmasını dayandırıb

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Argentina ilə vizasız səyahət rejiminə dair sazişin imzalanması prosesini dayandırıb. Bu barədə mənbələrə istinadən “Axios” xəbər portalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, qərar sənədi imzalamaq üçün Vaşinqtona gedən Argentina nümayəndə heyətini təəccübləndirib.
Departament qeyd edib ki, hazırda lazımi imzalardan birinin olmaması və ölkə prezidenti Xavyer Mayli ilə bağlı korrupsiya qalmaqalı səbəbindən müqavilə bağlamaq mümkün deyil.
Son xəbərlər
Daha çox 