Tramp Avropa liderlərinə Rusiyadan neft alımını dayandırmağı tövsiyə edib

ABŞ Prezidenti Donald Tramp Parisdə keçirilən “Könüllülər Koalisiyası” iclası zamanı Avropa liderlərinə Rusiyadan neft alımını dayandırmağı və Rusiyanın müharibə xərclərini azaltmaq üçün Çin üzərində iqtisadi təzyiq yaratmağı tövsiyə edib.
Ağ Evin sözçüsünün verdiyi məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri iclas zamanı Trampa zəng edib. Prezident Tramp söhbət əsnasında vurğulayıb ki, Avropa Rusiyadan neft alımını kəsməli, çünki bu ticarət Moskvanın Ukraynadakı savaşını maliyyələşdirir.
Tramp həmçinin Avropa liderlərini Rusiyaya qarşı Çinə də iqtisadi təzyiq göstərməyə çağırıb.
Son xəbərlər
Daha çox 