Bayden dəri xərçəngi ilə bağlı yenidən əməliyyat olunub — NBC

ABŞ-ın sabiq prezidenti Cozef Bayden yenidən dəri xərçəngi hüceyrələrinin çıxarılması əməliyyatı keçirib. Bu barədə NBC News xəbər verib.
Onun sözçüsü bildirib ki, Baydenin üzərində dəri xərçənginin ən çox rast gəlinən formalarının müalicəsində tətbiq olunan “Mos” proseduru icra olunub.
Əməliyyatdan sonra bərpa prosesinin yaxşı getdiyi qeyd olunur. Əməliyyatın keçirildiyi tarix açıqlanmayıb.
N.Təbrizli