Husilər İsrail hava limanlarına dron hücumları həyata keçiriblər

Husilər İsrailin Təl-Əvivdəki Ben Qurion və Eylat yaxınlığındakı Ramon hava limanlarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, husilərin pilotsuz aviasiyası ardıcıl iki gündür hərbi əməliyyatlar keçirir.
"Son hücum zamanı onlar Ben Qurion və Ramon hava limanlarını, eləcə də Dimonadakı mühüm obyekti üç pilotsuz uçuş aparatından istifadə edərək vurublar", - Sariya bildirib.
Rəsmi İsrail strukturları hələlik bu bəyanatı şərh etməyiblər.
Son xəbərlər
Daha çox 