İspaniya İsraildəki səfirini geri çağırıb

İspaniya Xarici İşlər Naziri Xose Manuel Albares hökumətin iki üzvünə qarşı tətbiq edilən giriş qadağası və ölkəyə yönəldilən “böhtan xarakterli” ittihamlarla bağlı İsraildəki səfirini geri çağırıb.Bu barədə EFE agentliyi xəbər verir.
İsrail Xarici İşlər Naziri Gideon Saar bu addımı “qəbuledilməz” adlandırıb. Saar əlavə edib ki, hökumətin bu tədbirləri korrupsiya qalmaqallarından ictimai diqqəti yayındırmaq məqsədi daşıyır.
Qeyd edək ki, İsrail tərəfindən İspaniya Baş nazirinin müavini Yolanda Díaz və gənclər naziri Sira Rego üçün ölkəyə giriş qadağası tətbiq edilib.
Son xəbərlər
Daha çox 