Sui-qəsdə uğrayan Çarli Kirk ölüb - Yenilənib

ABŞ Prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən amerikalı siyasi fəal Çarli Kirkin xatirəsinə hörmət əlaməti olaraq ölkədə bayraqların yarıya endirilməsini əmr edib.Bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Həqiqətən, böyük Amerika vətənpərvəri olan Çarli Kirkin şərəfinə bazar günü axşam saat 18:00-a qədər Birləşmiş Ştatlardakı bütün Amerika bayraqlarının yarıya endirilməsini əmr edirəm", - Tramp paylaşımda bildirib.
***
Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayan amerikalı siyasi fəal və prezident Donald Trampın tərəfdarı Çarli Kirk ölüb.Bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində məlumat paylaşıb.
***
Amerikalı siyasi fəal və prezident Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.Bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində tədbir yarıda kəsilib, Kirk mühafizəçilər tərəfindən ərazidən aparılıb.
Hücumda şübhəli bilinən şəxs saxlanılıb, polis hadisə ilə bağlı araşdırma aparır.
Son xəbərlər
Daha çox 