• $ 1.7
  • € 2.0014
  • ₽ 0.020565
  • ₺ 0.0412
  • £ 2.3077

Türkiyədə ultramillətçilərin dəstəyi artır, AKP və CHP zəifləyir

Türkiyədə ultramillətçilərin dəstəyi artır, AKP və CHP zəifləyir
11.09.2025 09:03

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə əsas müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) reytinqləri azalır, ultramillətçi qüvvələrin mövqeləri isə güclənir, GENAR və Areda Survey şirkətlərinin avqust sorğuları göstərib.

Sorğulara görə, AKP-nin dəstəyi iyuldakı 35,2%-dən avqustda 33,6%-ə düşüb. CHP-nin dəstəyi mayda 35,6%-lə zirvəyə çatdıqdan sonra 31,8%-ə geriləyib. Analitiklər bunu lirənin dəyərsizləşməsi, inflyasiya və sosial-iqtisadi problemlərlə izah edirlər.

DEM Partiyası təxminən 10% səslə üçüncü yeri qoruyub. Hakimiyyətin müttəfiqi Milliyətçi Hərəkat Partiyası (MHP) 8%-i ötüb. İYİ Partiyası və sərt qaçqın əleyhinə ritorikası ilə tanınan Zəfər Partiyası da müəyyən artım göstərib.

Mütəxəssislər seçicilərin bir hissəsinin “Terrorsuz Türkiyə” təşəbbüsünə qarşı narazılıq fonunda ultramillətçilərə yönəldiyini bildirirlər. Həmin təşəbbüsə ictimai dəstək isə artıb — martda 34% olduğu halda avqustda 56%-ə çatıb.

 Əgər Ankara məhkəməsi CHP-nin 2023-cü il qurultayını etibarsız saysa, partiya lideri Özqür Özəl və həbsdə olan İstanbul meri Əkrəm İmamoğlu yeni EKİM partiyasını elan edəcəklər.

Türkiyədə növbəti prezident və parlament seçkiləri 2028-ci ildə keçiriləcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər


Türkiyədə Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb
Dünya 10:00
Türkiyədə Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb
iPhone 17 Pro qrafik testdə MacBook Air M2-ni üstələyib
Dünya 09:10
iPhone 17 Pro qrafik testdə MacBook Air M2-ni üstələyib
Türkiyədə ultramillətçilərin dəstəyi artır, AKP və CHP zəifləyir
Dünya 09:03
Türkiyədə ultramillətçilərin dəstəyi artır, AKP və CHP zəifləyir
Sui-qəsdə uğrayan Çarli Kirk ölüb - Yenilənib
Dünya 01:18
Sui-qəsdə uğrayan Çarli Kirk ölüb - Yenilənib
Özbəkistan 12 illik təhsil sisteminə keçir
Dünya 23:11
Özbəkistan 12 illik təhsil sisteminə keçir
Qətər Dohaya hücumla bağlı İsrailə cavab veriləcəyini açıqlayıb
Dünya 23:00
Qətər Dohaya hücumla bağlı İsrailə cavab veriləcəyini açıqlayıb
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası təxirə salınıb
Dünya 21:18
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası təxirə salınıb
İsrail husilərin hərbi obyektlərinə zərbələr endirib
Dünya 20:46
İsrail husilərin hərbi obyektlərinə zərbələr endirib
Litva Rusiyaya nota verib
Dünya 18:07
Litva Rusiyaya nota verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol