Kamçatkada 7,7 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Kamçatkanın şərq sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 125 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Kamçatka diyarının qubernatoru Vladimir Solodov öz teleqram kanalında yazıb ki, zəlzələdən sonra bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib. Yarımadanın şərq sahilləri üçün sunami xəbərdarlığı edilib.
Son xəbərlər
Daha çox 