ABŞ-da iki Polşa hərbçisi həlak olub

ABŞ-da paraşütlə təlimlər zamanı iki Polşa hərbçisi həlak olub.Bu barədə Polşanın Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
“Dərin təəssüf hissi ilə bildiririk ki, 2025-ci il sentyabrın 19-da ABŞ-da gecə paraşüt təlimi zamanı iki xüsusi təyinatlı əsgərin ölümü ilə nəticələnən faciəvi qəza baş verib”, - məlumatda deyilir.
İnsidentin səbəbləri yaradılmış xüsusi komissiya tərəfindən aparılan araşdırmadan sonra açıqlanacaq.