• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

ABŞ Avropaya “Patriot” satışını dayandırıb

ABŞ Avropaya “Patriot” satışını dayandırıb
20.09.2025 16:17

ABŞ bəzi Avropa ölkələrinə bir sıra hərbi texnikanın, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışını dayandırıb.Bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ-nin Avropaya hərbi texnika satışına münasibətində dəyişikliklərin ilk göstəricisi Danimarkanın balistik raketləri vurmaq qabiliyyətinə malik “Patriot” sistemlərinin alınması istəyini rədd etməsi olub.

Administrasiya rəsmiləri “The Atlantic” nəşrinə bildiriblər ki, ABŞ Müdafiə Nazirliyinin müavini Elbric Kolbi “Patriot” sistemlərinin Danimarkaya satışını bəyənməyib, çünki bu sistemlər qıtlaşıb və onun fikrincə onlar yalnız ABŞ-nin ehtiyacları üçün saxlanmalıdır.

Administrasiyadakı mənbələr bildirir ki, Pentaqon bəzi silah növlərinin çatışmazlığı səbəbindən Avropadan gələn yeni tələbləri bloklamağa başlayıb.

Mənbələr bloklanmanın nə qədər davam edəcəyi, “Patriot” sistemlərindən başqa hansı silahların siyahıda olduğu və siyahının genişlənib-genişlənməyəcəyi barədə məlumat verməyiblər. Ancaq belə silahların satışında istisnaların çox nadir hallarda ediləcəyi bildirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Avropaya “Patriot” satışını dayandırıb
Dünya 16:17
ABŞ Avropaya “Patriot” satışını dayandırıb
Moskvada məktəbdə tikinti konstruksiyaları uçub, ölənlər var
Dünya 15:39
Moskvada məktəbdə tikinti konstruksiyaları uçub, ölənlər var
Çarli Kirklə vida mərasiminin keçiriləcəyi stadionda silahlı şəxs saxlanılıb
Dünya 11:00
Çarli Kirklə vida mərasiminin keçiriləcəyi stadionda silahlı şəxs saxlanılıb
Fransa sentyabrın 22-də Fələstin dövlətini tanıyacaq
Dünya 09:43
Fransa sentyabrın 22-də Fələstin dövlətini tanıyacaq
ABŞ-da iki Polşa hərbçisi həlak olub
Dünya 09:30
ABŞ-da iki Polşa hərbçisi həlak olub
Tramp ABŞ-də yaşayış icazəsinin verilməsinin sürətləndirilməsi haqqında fərman imzalayıb
Dünya 09:05
Tramp ABŞ-də yaşayış icazəsinin verilməsinin sürətləndirilməsi haqqında fərman imzalayıb
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşub - Xəsarət alanlar var
Dünya 23:32
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşub - Xəsarət alanlar var
Tramp bu tarixdə Ərdoğanla görüşəcək
Dünya 22:33
Tramp bu tarixdə Ərdoğanla görüşəcək
Tramp gələn ilin əvvəli Çinə səfər edəcək
Dünya 21:30
Tramp gələn ilin əvvəli Çinə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol