ABŞ Ədliyyə Nazirliyi Soros fonduna qarşı araşdırma aparır

ABŞ Ədliyyə Nazirliyinin yüksək vəzifəli rəsmisi milyarder Corc Sorosun fondlarının fəaliyyətinə dair ən azı altı ştatda araşdırma aparılması barədə göstəriş verib. Bu barədə The New York Times yazıb.
Məlumata görə, sentyabrın 22-də imzalanan sənəd Kaliforniya, Nyu-York, Vaşinqton (Kolumbiya dairəsi), Çikaqo, Detroyt və Merilenddəki prokurorlara göndərilib. Onlara reket, qəsdən yandırma, elektron fırıldaqçılıq və terrorizmin maliyyələşdirilməsini nəzərdə tutan ittihamlar üzrə araşdırma aparmaq tapşırılıb.
Təşəbbüs Capital Research Center-in hesabatına əsaslanır.
Hesabatda Sorosla bağlı qurumların ekstremizm və zorakılıqla əlaqəli təşkilatlara 80 milyon dollardan çox vəsait ayırdığı bildirilib.
95 yaşlı Corc Sorosun yaratdığı “Açıq Cəmiyyət İnstitutu”na hazırda oğlu Aleks rəhbərlik edir.
Soros və oğlu demokrat namizəd Kamala Harris-in seçki kampaniyasını dəstəkləmişdilər.
Avqustda prezident Donald Tramp onların fəaliyyətinin araşdırılmasını tələb etmişdi.
N.Təbrizli