Türkiyə Boeing şirkəti ilə milyardlarla dollarlıq müqavilə bağlayıb

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evdə keçirilən danışıqlarda Boeing təyyarələrinin alınmasına dair razılaşma əldə ediblər. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib.
“Razılaşma imzalandı”, — Barrak Ağ Evin jurnalistlərinə açıqlamasında deyib, lakin təfərrüatları açıqlamayıb.
Bloomberg daha əvvəl mənbələrə istinadla xəbər vermişdi ki, Türkiyə Boeing ilə 200-dən çox sərnişin təyyarəsinin alınması üzrə milyardlarla dollarlıq müqavilə imzalayıb.
N.Təbrizli