ABŞ baş prokuroru Con Boltuna qarşı ittihamların irəli sürülməsini tələb edir — CNN

ABŞ baş prokuroru Pam Bondinin ofisi sabiq milli təhlükəsizlik müşaviri Con Boltuna sentyabrın 26-dək ittihamların irəli sürülməsini tələb edib. Bu barədə CNN iki mənbəyə istinadən bildirib.
Merilend ştatının prokurorları isə hesab edirlər ki, qanun pozuntusunu sübut edən daha güclü dəlilləri toplamaq üçün ilin sonuna qədər vaxt lazımdır. Lakin baş prokurorun ofisi sürətli araşdırma aparmağı tələb edir.
Politico-nun xəbərinə görə, avqustun 22-də FTB Boltunun evində və ofisində axtarış apararaq kütləvi qırğın silahları, ABŞ-ın BMT-dəki nümayəndəliyi və hökumətin strateji kommunikasiyalarına dair məxfi sənədlər aşkarlayıb.
Vaşinqtonun əsas simalarından sayılan Bolton 2018–2019-cu illərdə Trampın milli təhlükəsizlik müşaviri olub və kəskin fikir ayrılıqları səbəbindən vəzifədən uzaqlaşdırılıb.
N.Təbrizli