• $ 1.7
  • € 1.9855
  • ₽ 0.020247
  • ₺ 0.0409
  • £ 2.2701

Böyük Britaniyada 8,000-dən çox uşağın şəxsi məlumatı oğurlanıb

Böyük Britaniyada 8,000-dən çox uşağın şəxsi məlumatı oğurlanıb
29.09.2025 10:06

Kibercinayətkarlar Böyük Britaniyada fəaliyyət göstərən Kido Network uşaq bağçalarına hücum edərək 8,000-dən çox uşağın şəxsi məlumatlarını ələ keçiriblər. Oğurlanmış məlumatlara uşaqların adları, ünvanları və fotoşəkilləri daxildir.

CNN-in məlumatına görə, hakerlər bu məlumatların bir hissəsini artıq qaranlıq internetdə yayımlayıb və şirkətdən fidyə tələb ediblər.

London polisi hadisə ilə bağlı sentyabrın 25-də məlumat aldığını təsdiqləyib. Kibercinayətkarlıqla mübarizə şöbəsi araşdırma aparır, lakin indiyədək heç kim saxlanılmayıb.

Hadisəyə münasibət bildirən Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi vəziyyəti "dərin narahatedici" adlandırıb. Mərkəzin direktoru Conatan Ellison deyib ki, "kibercinayətkarlar pul qazana biləcəklərini düşünsələr, hər kəsi hədəf ala bilərlər. Uşaq baxıcılarına hücum isə xüsusilə alçaq bir addımdır.”

Valideynlər də hadisəyə sərt reaksiya veriblər. Uşağı Londonda yerləşən Kido məktəbində oxuyan Bruni Uayld jurnalistlərə bildirib ki, "bunlar uşaqlardır; onların şəxsi məlumatlarının heç bir dəyəri olmamalıdır. Amma biz uşaqlarımızın məxfiliyini qorumaq üçün hər şeyi etməyə hazırıq.”

Kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, oğurlanmış məlumatlar həssas ailələri təqib etmək, qorxutmaq və ya hədəf almaq üçün istifadə oluna bilər.

Rəsmi məlumata əsasən, Kido Network müxtəlif ölkələrdə fəaliyyət göstərən, beynəlxalq valideynlər qrupu tərəfindən qurulmuş məktəbəqədər təhsil şəbəkəsidir. Şirkət müasir təhsil metodlarını tətbiq etdiyini bildirsə də, insident kibertəhlükəsizlik sistemlərinin təcili gücləndirilməsinə ehtiyac olduğunu ortaya qoyur.

Hadisə, təhsil müəssisələrinin artan kiberhücum riski ilə üz-üzə qaldığını və rəqəmsal dövrdə uşaqların şəxsi məlumatlarının mühafizəsinin əhəmiyyətini bir daha gündəmə gətirib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Böyük Britaniyada 8,000-dən çox uşağın şəxsi məlumatı oğurlanıb
Dünya 10:06
Böyük Britaniyada 8,000-dən çox uşağın şəxsi məlumatı oğurlanıb
Fransa kəşfiyyatı Moldovadakı seçkilər ərəfəsində senzura istəyib -Durov
Dünya 06:11
Fransa kəşfiyyatı Moldovadakı seçkilər ərəfəsində senzura istəyib -Durov
Sandunun partiyası Moldovada seçkilərdə 48%-ə yaxın səslə öndədir
Dünya 05:55
Sandunun partiyası Moldovada seçkilərdə 48%-ə yaxın səslə öndədir
Ukrayna Melitopolda rus PUA operatorlarını məhv etdiyini bildirib
Dünya 05:50
Ukrayna Melitopolda rus PUA operatorlarını məhv etdiyini bildirib
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, 8 İŞİD terrorçusu öldürülüb
Dünya 21:21
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, 8 İŞİD terrorçusu öldürülüb
Danimarkada hava məkanı mülki PUA-lar üçün bağlanacaq
Dünya 20:30
Danimarkada hava məkanı mülki PUA-lar üçün bağlanacaq
Moldovada parlament seçkiləri keçirilib
Dünya 16:16
Moldovada parlament seçkiləri keçirilib
Türkiyədə zəlzələ olub
Dünya 14:29
Türkiyədə zəlzələ olub
Hindistanda mitinqdə izdiham 39 nəfərin ölümünə səbəb olub
Dünya 14:21
Hindistanda mitinqdə izdiham 39 nəfərin ölümünə səbəb olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol