Madaqaskar Prezidenti hökumətin buraxıldığını elan edib

Madaqaskar Prezidenti Andri Radzuelina ölkədəki etirazlar fonunda hökumətin buraxıldığını elan edib. O, üç gündən sonra yeni baş nazir təyin etməyi planlaşdırdığını bildirib.Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Mən ölkədə idarəetmə sistemini hərtərəfli nəzərdən keçirəcəyəm və islahatlar aparacağam", - dövlət başçısı xalqa müraciətində bildirib.
Qeyd olunur ki, bu qərar sentyabrın 25-də baş verən və bu günə qədər davam edən elektrik enerjisi və su təchizatında yerli sakinlərin kütləvi etirazlarından sonra verilib.