• $ 1.7
  • € 1.9937
  • ₽ 0.02035
  • ₺ 0.0409
  • £ 2.2844

Brüssel hava limanı bütün uçuşları dayandırıb

Brüssel hava limanı bütün uçuşları dayandırıb
30.09.2025 19:06

Brüssel hava limanı oktyabrın 14-nə planlaşdırılan bütün sərnişin reyslərini ləğv edib.Bu barədə “Reuters” məlumat yayıb.

Buna səbəb hökumətin qənaət planına etiraz olaraq Belçika həmkarlar ittifaqının təşkil etdiyi ümummilli tətildir.

Nəşr qeyd edir ki, bu qərar sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün verilib və aviaşirkətlərlə razılaşdırılıb. Aeroport administrasiyası tətillərin onun fəaliyyətinə ciddi təsir etdiyini düşünür.

Məlumata görə, ümummilli tətilə Belçika hökumətinin sosial müavinətlər və pensiyalar üçün büdcəni ildə ümumilikdə 3 milyard avro azaltmaq planları səbəb olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Brüssel hava limanı bütün uçuşları dayandırıb
Dünya 19:06
Brüssel hava limanı bütün uçuşları dayandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol