Çexiya Rusiyaya məxsus diplomatik və xidməti pasportu olan şəxslərin ölkəyə girişini qadağan edib

Çexiya hökuməti ölkədə akkreditasiyadan keçməmiş Rusiya diplomatik və xidməti pasportlarına malik şəxslərin ölkəyə girişini qadağan edib.Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski "X" hesabında məlumat verib.
"Mənim təşəbbüsümlə hökumət bu gün (30 sentyabr) Çexiya milli akkreditasiyası olmayan rusiyalı diplomatların və xidməti pasport sahiblərinin Çexiyaya girişinə qadağa qoyub", - deyə o yazıb.
Yan Lipavski bildirib ki, tədbir ölkədə yerləşən beynəlxalq hava limanlarına şamil edilir.