Gürcüstanda yerli seçkilərdə "Gürcü arzusu" Partiyası liderliyini qoruyur - Yenilənib

Gürcüstan üzrə keçirilən yerli seçkilərdə "Gürcü arzusu" partiyası qalib gəlir.Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Ölkə üzrə 3 061 seçki məntəqəsindən 2 233-nün nəticələri hesablanıb ki, bu da bülletenlərin 72,95 %-ni təşkil edir.
İlkin nəticələrə görə, ölkə üzrə səs payı belədir: "Vətən, Dil, Din" – 4 203 səs (0,372 %), "Gürcüstan üçün Mühafizəkarlar" – 31 306 səs (2,768 %), "Bizim Vahid Gürcüstanımız" – 4 697 səs (0,415 %), "Azad Gürcüstan – 3 689 səs (0,326 %), "Gürcüstan Vətənpərvərlər Alyansı" – 9 579 səs (0, 847 %), "Güclü Gürcüstan" – Lelo – 76 690 səs (6,782 %), "Gürcüstan" – 1 720 səs (0,152 %), Yaşıllar Partiyası – 1 906 səs (0,169 %), "Xalq hökuməti" – 2 692 səs (0,238 %), "Gürcüstana Sevin" – 43 647 səs (3,86 %), "Qırçı" – 37 348 səs (3,303 %), "Gürcü Arzusu" – 913 320 səs (80,768%).
Tbilisidə isə proporsional seçkilərin nəticələrinə görə, "Gürcü Arzusu" 70,15 % səs toplayaraq liderdir.
Digər partiyaların səs payı aşağıdakı kimidir: "Vətən, Dil, Din" – 3 020 səs (1,019 %), "Gürcüstan üçün Mühafizəkarlar" – 12 811 səs (4,321 %), "Azad Gürcüstan" – 2 647 səs (0,893 %), "Gürcüstan Vətənpərvərlər Alyansı" – 3 151 səs (1,063 %), "Güclü Gürcüstan" – Lelo – 29 807 səs (10,054 %), "Gürcüstana Sevin" – 9 483 səs (3,199 %), "Qırçı" – 22 230 səs (7,498 %), "Gürcü Arzusu" – 207 985 səs (70,155 %).
***
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər başa çatıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, saat 17:00-a seçici fəallığı 33,5% təşkil edib.
Məntəqələrin bağlanmasından sonra məntəqə seçki komissiyalarının rəhbərləri MSK-ya yekun protokolları göndərəcəklər, bundan sonra seçki komissiyası ilkin məlumatları açıqlayacaq. Yaxın saatlarda exi-polların nəticələrinin açıqlanması gözlənilir.
***
Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
Səsvermə saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq.
Ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi qaydada təşkil olunub.Seçicilərin ümumi sayı 3 513 818 nəfərdir.
Seçkilərdə 12 siyasi partiya iştirak edir. Onların sırasında "Vətən, Dil, İnam", "Mühafizəkarlar Gürcüstan üçün", "Bizim Vahid Gürcüstanımız", "Azad Gürcüstan", "Patriotlar Alyansı", "Güclü Gürcüstan – Lelo", "Gürcüstan", "Yaşıl Partiya", "Xalq hökuməti", "Gürcüstan üçün Qaxariya", "Qırçı" və hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyası var.
Tbilisi merliyi uğrunda isə 9 namizəd mübarizə aparır. Qaydalara əsasən, qalib gəlmək üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır. Əks halda, birinci və ikinci yerləri tutan namizədlər arasında ikinci tur keçiriləcək.
Son xəbərlər
Daha çox 