Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib

Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.Bu barədə "Daily Pakistan" təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb.Təhlükəsizlik qüvvələri qarşı tərəfə qəti və effektiv cavab verib, hücum edənləri geri çəkilməyə məcbur ediblər.
Toqquşmalar Xeyber-Paxtunxva əyalətinin Kurram rayonunda baş verib. Pakistan qüvvələri iki əfqan nəzarət-buraxılış məntəqəsini məhv edib.
Son xəbərlər
Daha çox 