Makron Misirə səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağında atəşkəs sazişinin imzalanması prosesində iştirak etmək məqsədilə Misirə səfər etməyi planlaşdırır.Bu barədə Yelisey Sarayının bəyanatında bildirilib.
Bu addım sentyabrda Nyu‑Yorkda keçiriləcək Yaxın Şərq sülh konfransında irəli sürüləcək Fransa‑Səudiyyə təşəbbüsü çərçivəsində nəzərdə tutulur.
Qəzza zolağında atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Tərəflər arasında razılaşmaya əsasən, HƏMAS oktyabrın 13-ü səhərə qədər diri və ya ölü 48 girovu İsrailə qaytarmalıdır. Bunun müqabilində İsrail ömürlük həbsə məhkum edilmiş 250 fələstinlini və 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bəri saxlanılan 1 700-dən çox Qəzza sakinini azad etməlidir.
Son xəbərlər
Daha çox 