Zelenski Böyük Britaniya kralı ilə Ukraynadakı vəziyyəti müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın kralı III Karl tərəfindən qəbul edildikdə ölkəsindəki vəziyyət və aktual çağırışlar barədə kralı məlumatlandırıb.Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Ukrayna dövlət başçısı ölkə xalqının sabit mövqeyini nümayiş etdirməsinə görə kral və bütün Birləşmiş Krallığa təşəkkürünü bildirib.
Eyni zamanda, Zelenski şahzadə Ann of Kentnin yaxın vaxtlarda Kiyevə səfərini və müharibədən zərər çəkmiş uşaqlar və ailələr üçün həyata keçirilən vacib humanitar missiyanı vurğulayıb.