"United Airlines” İsrailə uçuşları bərpa edəcək
ABŞ-ın “United Airlines” aviaşirkəti gələn həftə İsrailə birbaşa uçuşları bərpa etməyi planlaşdırır. Bu barədə “Kan Telekanalı” xəbər yayıb. İstiqamətlər və uçuş cədvəlləri yaxın günlərdə açıqlanacaq.
2023-cü ilin oktyabrında HƏMAS ilə İsrail arasında hərbi münaqişənin başlanması fonunda bir neçə aviaşirkət İsrailə uçuşlarını müvəqqəti dayandırmışdı.
Oxşar xəbərlər
Oxşar xəbərlər