İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini hazırlayır
İtaliya Ukrayna üçün SAMP/T hava hücumundan müdafiə (HHM) sistemlərinə sursat və raketlərin tədarükünü özündə ehtiva edən 12-ci hərbi yardım paketini hazırlayır.Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, parlament prosedurlarından asılı olaraq paket ilin sonuna qədər hazır ola bilər.
İtaliya hökuməti, hərbi əməliyyatların başlanğıcından bəri Ukraynaya təxminən 3 milyard avro dəyərində silah və texnika göndərib.