Tramp Asiya turu çərçivəsində Kim Çen Inlə görüşə hazır olduğunu açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Asiyaya planlaşdırılan səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşə tam açıq olduğunu bildirib. Amerika lideri bu açıqlamanı təyyarəsində jurnalistlərlə söhbəti zamanı verib.
“Mən buna tamamilə hazıram. Onunla münasibətlərim yaxşıdır”,- deyə Tramp vurğulayıb.
Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirir ki, Tramp səfəri çərçivəsində Malayziya, Yaponiya və Cənubi Koreyada səfərdə olacaq. O, yalnız ikitərəfli görüşlərlə kifayətlənməyəcək, həmçinin ASEAN və APEC kimi beynəlxalq tədbirlərdə iştirak edəcək.
Oktyabrın 30-da isə Cənubi Koreyada Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqların keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Daha çox