İsrail Qəzzada atəşkəs rejimini pozub
İsrail ordusu elan edilmiş atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağının mərkəzində yerləşən Nusayrat qaçqın düşərgəsinə hücum həyata keçirib.Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, İsrail ordusu bölgədəki mülki avtomobili hədəf alıb. Hücum nəticəsində 4 nəfər yaralanıb.
İsrail Müdafiə Qüvvələri də hücumu təsdiqləyərək bildirib ki, əməliyyat “sarı xətt”in İsrailin nəzarətində olmayan hissəsində aparılıb. Ordunun açıqlamasına görə, hücumun hədəfi “İslami Cihad Hərəkatı”nın üzvü olub və həmin şəxs İsrailə qarşı hücum hazırlığında imiş.
Açıqlamada həmçinin ordunun “təhlükə hesab etdiyi” hədəflərə qarşı əməliyyatları davam etdirəcəyi vurğulanıb.
Son xəbərlər
Daha çox