İsrail PUA-ları Livanda "Hizbullah"ın üç üzvünü zərərsizləşdirib
İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Livanda "Hizbullah" hərəkatının silahlı qanadının üzvlərinə məxsus azı üç avtomobilə hücum edib.Bu barədə "Naharnet" xəbər portalı bildirib.
Livanın cənubundakı Tir sərhəd məntəqəsində yerləşən kəndlərdə dronların zərbələri nəticəsində iki silahlı öldürülüb.
Livanın şərqində yerləşən Nəbi-Şit ərazisində isə hərəkatın səhra komandiri izlənilərək zərərsizləşdirilib.
İsrail ordusunun məlumatına görə, oktyabrın 25-də PUA hücumu nəticəsində "Hizbullah"ın hərbi rəhbəri öldürülüb. İki gün ərzində hərəkatın altı üzvü və bir mülki şəxs həlak olub.
Son xəbərlər
Daha çox