ABŞ Vyetnamla razılaşmaya əsasən tarifləri 20 % səviyyəsində saxlayacaq
ABŞ və Vyetnam Vaşinqtonun Vyetnam mallarına qarşılıqlı tarifləri 20 % səviyyəsində saxlayacağı ticarət müqaviləsinin şərtləri ilə razılaşıblar.Bu barədə Ağ Evin saytında dərc olunmuş açıqlamada bildirilib.
Qeyd olunur ki, razılaşma hər iki ölkənin ixracatçılarına bazarlara misli görünməmiş qarşılıqlı giriş imkanı verəcək.
“ABŞ və Vyetnam Sosialist Respublikası ikitərəfli iqtisadi münasibətləri gücləndirmək üçün qarşılıqlı, ədalətli və balanslı ticarət haqqında çərçivə sazişi barədə razılığa gəliblər.Vyetnam ABŞ tərəfindən ixrac edilən, demək olar, bütün sənaye və kənd təsərrüfatı malları üçün öz bazarına güzəştli giriş təmin edəcək”, – açıqlamada bildirilib.
Son xəbərlər
Daha çox