Ermənistan və Aİ ilə vizaların liberallaşdırılmasına doğru irəliləyir
Ermənistan və Avropa İttifaqı yeni tərəfdaşlıq gündəliyini yekunlaşdırmaq üzrədir. Gündəlikdə regional nəqliyyat əlaqələrinin bərpası və vizaların liberallaşdırılması istiqamətində addımlar yer alır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan Ermənistan ilə Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsinə toxunaraq, Aİ-nin infrastrukturun istismarı və açılması prosesində iştirakla bağlı maraqlı olduğunu qeyd edib.
O əlavə edib ki, yeni əməkdaşlıq sənədi üzrə danışıqlar 99%-dən çox tamamlanıb və yaxın vaxtlarda imzalanması gözlənilir.
Daha sonra birgə Fəaliyyət Planı razılaşdırılacaq və bu, Ermənistan vətəndaşları üçün vizaların sadələşdirilməsi istiqamətində növbəti mərhələyə keçidi təmin edəcək.
N.Təbrizli