Putin “Burevestnik” raketini Rusiyanın elmi nailiyyəti adlandırıb
Rusiya prezidenti Vladimir Putin “Burevestnik” nüvə mühərrikli qanadlı raketini “üstünlüklərə malik” layihə adlandıraraq, onun Rusiya alim və mühəndislərinin nailiyyətləri ilə fəxr etməyə əsas verdiyini bildirib.
Putinin sözlərinə görə, raketdəki nüvə qurğusu “atom sualtı qayığının reaktoru ilə müqayisə olunan gücə malik olsa da, ondan 1000 dəfə kiçikdir” və “dəqiqələr, hətta saniyələr ərzində işə salına bilir.”
Prezident qeyd edib ki, “Burevestnik” üçün hazırlanmış nüvə texnologiyaları təkcə hərbi məqsədlərlə deyil, həm də xalq təsərrüfatında və ay proqramında istifadə olunacaq.
O əlavə edib ki, *“Burevestnik”*də istifadə olunan elektronika artıq Rusiya kosmik proqramlarında tətbiq edilir.
N.Təbrizli