Azərbaycanın Omanda səfirliyi açılıb
Azərbaycanın Omandakı səfirliyi rəsmi olaraq fəaliyyətə başlayıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov X sosial şəbəkəsində bildirib.
Nazir qeyd edib ki, yeni diplomatik nümayəndəliyin açılışı Azərbaycan ilə Oman arasında artan tərəfdaşlığın mühüm mərhələsidir.
“Biz ticarət, investisiya, mədəniyyət və turizm sahələrində əməkdaşlığı daha da dərinləşdirməyə sadiqik. Bu addımlar xalqlarımız üçün yeni imkanların açılmasına, siyasi dialoqun, xalq-xalq əlaqələrinin və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.”
Ceyhun Bayramov bundan əvvəl Oman Krallıq Ofisinin naziri general Sultan bin Məhəmməd əl-Numani ilə görüşüb və səfirliyin açılış mərasimində iştirak edib.
N.Təbrizli