Rusiya bu azərbaycanlı qadını axtarır
 
            Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.Bu barədə “Interpol”un rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, Gövhər Ağaverdiyeva terror təşkilatının fəaliyyətində, habelə xarici dövlətin ərazisində onun federal qanunu ilə nəzərdə tutulmayan silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.
44 yaşlı Gövhər Ağaverdiyeva barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, dövlətlərarası axtarış elan edilib.
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    