Arxiyepiskop Qalstanyan həbsdə qalacaq
 
            Ermənistanın paytaxtında məhkəmə arxiyepiskop Baqrat Qalstanyan və müxalif “Müqəddəs mübarizə” hərəkatının 17 üzvü barəsində cinayət işinin xətm edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini rədd edib.
Erməni KİV-lərinin məlumatına görə, hakim qərarı bununla əsaslandırıb ki, cinayət işi üzrə sübutlar hələ tam araşdırılmayıb.
Arxiyepiskop Qalstanyan bu ilin iyun ayının sonunda hakimiyyətin silahlı yolla ələ keçirilməsinə cəhd ittihamı ilə həbs edilmişdi.
O, terror aktlarının hazırlanması və konstitusiya quruluşunun devrilməsinə cəhd maddələri üzrə ittiham olunur.
N.Təbrizli
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    