Tramp və Əhməd əl Şaraa ağ evdə görüşəcək
ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanı qəbul edəcək.Bu barədə "Axios” nəşri ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtona səfəri çərçivəsində Əl-Şaraa ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya, “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizədə iştirakını təsdiqləyən sənədləri imzalayacaq.
Tom Barak bildirib ki, Əl-Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Daha çox