Rusiya neftini rekord endirimlərlə satır
ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Rusiyanın “Urals” markalı neftinə endirimlər kəskin artıb.
10 noyabr tarixinə Primorsk və Novorossiysk limanlarında “Urals”ın “Brent” markasına nisbətən qiymət fərqi təxminən 19,4 dollar təşkil edib.
Ayın əvvəlində bu fərq 13–14 dollar, sanksiyalardan əvvəl isə 11–12 dollar səviyyəsində olub.
Mütəxəssislər hesab edir ki, endirimlər müvəqqəti xarakter daşıyır və bir neçə ay ərzində əvvəlki səviyyəyə qayıda bilər.
Bununla belə, Hindistan və Çin şirkətləri ehtiyatlı davranır: beş iri Hindistan neft emalı zavodu dekabr ayı üçün Rusiya nefti sifariş etməyib, Çin dövlət şirkətləri Sinopec və PetroChina isə spot bazarda alışlardan imtina ediblər.
N.Təbrizli