İran quraqlıq səbəbindən buludların toxumlanmasına başlayıb
İran şiddətli quraqlıq fonunda yağıntını artırmaq üçün buludların kimyəvi artırılmasına başlayıb. Bu barədə BBC xəbər verir.
Rəsmilərin bildirdiyinə görə, şənbə günü gümüş və ya kalium yodidi kimi reagentlər Urmiya gölü hövzəsi üzərində buludlara inyeksiya olunub. Son illərdə su səviyyəsi kəskin azalan göldə geniş ərazilər duzla örtülüb.
IRNA agentliyi prosesin Urmiyaya bitişik Qərbi və Şərqi Azərbaycan vilayətlərində də davam etdiriləcəyini bildirib.
İran Meteorologiya Təşkilatı bu il ölkədə yağıntının çoxillik orta göstəricidən 89% az olduğunu açıqlayıb.
N.Təbrizli