Filippində iki tayfun nəticəsində 300-ə yaxın adam ölüb
Filippin adalarında "Kalmaeqi" tayfunu və "Funq-Vonq" supertayfunu nəticəsində ölənlərin sayı 297 nəfərə çatıb. Bu barədə PNA agentliyi milli təbii fəlakət risklərinin idarə edilməsi və azaldılması şurasına istinadən bildirir.
Qeyd olunub ki, "Kalmaeqi" tayfunu nəticəsində 269 nəfər, əsasən Sebu əyalətində, Neqros adasında, həmçinin Qərbi Visayas və Şərqi Visayas bölgələrində həlak olub, 523 nəfər yaralanıb, 113 nəfər itkin düşmüş hesab olunur.
"Funq-Vonq" supertayfunu nəticəsində isə 28 nəfərin öldüyü qeydə alınıb, onların əksəriyyəti Luzon adasının şimalında yerləşən İfuqao əyalətində aşkar edilib, 52 nəfər yaralanıb, daha iki nəfəri hələ tapmaq mümkün olmayıb.
Son xəbərlər
Daha çox