• $ 1.7
  • € 1.9691
  • ₽ 0.021563
  • ₺ 0.04
  • £ 2.2419

Avropa Parlamenti Ukrayna ilə bağlı yeni qətnamə qəbul edib

Avropa Parlamenti Ukrayna ilə bağlı yeni qətnamə qəbul edib
27.11.2025 21:35

Bu gün Avropa Parlamenti Ukrayna üzrə qətnamə qəbul edib.Bu barədə “Evropeyskaya Pravda” məlumat yayıb.

Qətnamə “gələcək sülh sazişinin Ukraynaya NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsi səviyyəsində təhlükəsizlik zəmanətləri təqdim etməsini, aqressiya və hərbi cinayətlərə görə təqsirkarların məsuliyyətə cəlb edilməsini, həmçinin Rusiyanı Ukraynaya vurduğu bütün ziyanı kompensasiya etməyə məcbur edilməsini” tələb edir.

Qətnamədə qeyd olunur ki, hər bir sülh razılaşması Ukraynanın suverenliyinə və ərazi bütövlüyünü müdafiə etmək imkanına xələl gətirməməli, həmçinin Ukraynanın öz siyasi və təhlükəsizlik ittifaqlarını Rusiyanın hər hansı veto tələbi olmadan sərbəst müəyyən etmək hüququnu təmin etməlidir.

Sənəddə bildirilib ki, davamlı sülh razılaşmasından əvvəl tam atəşkəs təmin olunmalıdır və Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri Aİ tərəfindən heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq.

Avropa Parlamenti üzv dövlətləri dondurulmuş Rusiya aktivləri hesabına “reparasiya krediti” mexanizmini tez bir zamanda qəbul etməyə çağırıb.

Qətnaməyə əsasən, Aİ-nin Rusiyaya qarşı sanksiyaları yalnız Ukrayna ilə sülh sazişi tam şəkildə razılaşdırıldıqdan və icra olunduqdan sonra aradan qaldırıla bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avropa Parlamenti Ukrayna ilə bağlı yeni qətnamə qəbul edib
Dünya 21:35
Avropa Parlamenti Ukrayna ilə bağlı yeni qətnamə qəbul edib
Ukrayna Rusiyaya 14 mülki şəxsi təhvil verib
Dünya 21:02
Ukrayna Rusiyaya 14 mülki şəxsi təhvil verib
Navalnının fondu terror təşkilatı kimi tanınıb
Dünya 18:18
Navalnının fondu terror təşkilatı kimi tanınıb
ABŞ nümayəndə heyəti Moskvaya səfər edəcək
Dünya 18:06
ABŞ nümayəndə heyəti Moskvaya səfər edəcək

Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 65-ə çatıb -YENİLƏNİB3
Dünya 17:23
Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 65-ə çatıb -YENİLƏNİB3
Lavrov ATƏT XİN Şurasının iclasında iştirak etməyəcək
Dünya 17:10
Lavrov ATƏT XİN Şurasının iclasında iştirak etməyəcək
KTMT-ya yeni baş katib seçilib
Dünya 14:27
KTMT-ya yeni baş katib seçilib


Nigeriyada fövqəladə vəziyyət elan edilib
Dünya 09:30
Nigeriyada fövqəladə vəziyyət elan edilib
Bu ölkə qadınların qətlə yetirilməsinə görə cəzanı sərtləşdirib
Dünya 08:39
Bu ölkə qadınların qətlə yetirilməsinə görə cəzanı sərtləşdirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol