• $
  • £

Papa türk xalqlarına çağırış edib

Papa türk xalqlarına çağırış edib
27.11.2025 22:39

Papa XVI Leo Türkiyəni xalqlar arasında vasitəçi rolunu üzərinə götürməyə çağırıb.

AFP-nin xəbərinə görə, Pontif bu çağırışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla xaricə ilk papa səfəri çərçivəsində keçirdiyi danışıqlardan sonra cümə axşamı səsləndirib.

Dörd günlük səfərinin əvvəlində Ankarada rəsmilər və diplomatlar qarşısında çıxış edən Papa, Türkiyənin “ədalətli və davamlı sülhə xidmət edən sabitlik və xalqlar arasında yaxınlaşma mənbəyi olması” çağırışını edib. “Bu gün bizə dialoqu təşviq edəcək və onu möhkəm iradə və səbirli əzmlə həyata keçirəcək insanlara həmişəkindən daha çox ehtiyacımız var,” — o bildirib.

Papa həmçinin “qlobal səviyyədə münaqişələrin artması” barədə xəbərdarlıq edib.

Roma katolik kilsəsinin lideri Türkiyənin Şərqlə Qərb, Asiya ilə Avropa arasında körpü rolu oynadığını vurğulayaraq, ölkənin daxili müxtəlifliyini “duyğuların kəsişməsi” adlandırıb. “Siz Aralıq dənizinin və dünyanın bu günü və gələcəyi üçün mühüm yer tutursunuz.
Homogenlik yoxsullaşmaya səbəb olar. Cəmiyyət yalnız plüralizm mövcud olduqda inkişaf edə bilər,” — Papa deyib.
O, xristianların “Türkiyənin birliyinə müsbət töhfə vermək istədiyini və türk kimliyinin bir parçası olduqlarını” qeyd edib.
Pontif əlavə edib ki, Türkiyə kimi dinin mühüm rol oynadığı cəmiyyətdə “hər bir insanın ləyaqətinə və azadlığına hörmət edilməlidir”. “Biz hamımız Allahın övladlarıyıq və bunun şəxsi, sosial və siyasi nəticələri var. Bu, daxili siyasəti və beynəlxalq münasibətləri dəyişdirməli olan ciddi çağırışdır,” — Papa bildirib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol