• $ 1.7
  • € 1.9875
  • ₽ 0.022139
  • ₺ 0.0393
  • £ 2.2832

Türkiyə hökumətindən nazir övladlarının həbsinə RƏSMİ MÜNASİBƏT

Türkiyə hökumətindən nazir övladlarının həbsinə RƏSMİ MÜNASİBƏT
29.05.2020 06:38
“Bu işi planlaşdıranların kimliyini və bunu hansı məqsədlə etdiklərini az-çox bilirik. Məqsəd hökumətin nüfuzdan salınmasıdır. Bizə qarşı psixoloji müharibə taktikasından istifadə edilir”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyə baş nazirinin müavini Bülənt Arınç dekabrın 17-də aralarında 3 nazir övladı, vəzifəli şəxslər və tanınmış iş adamlarının olduğu 51 nəfərin rüşvət, korrupsiya, qaçaqmalçılıq ittihamları ilə həbs olunması faktına münasibət bildirərkən deyib.    Hökumətin rəsmi mövqeyini ifadə edən B. Arınç nurçuları nəzərdə tutaraq dövlət içində qanunsuz bir təşkilatın varlığından söz açıb: “Bu işi edənləri ən qısa müddətdə ifşa edəcəyik. Dövlətin içində yuvalanmış illeqal bir təşkilat varsa, bunları ortaya çıxarmaq da boynumuzun borcu olsun”. B. Arınç hökumətin korrupsiya ilə mübarizəsindən bəhs edərək bildirib ki, ortada hər hansı qanunsuzluq, korrupsiya faktı varsa, bu, ortaya çıxarılmalıdır: “Ortada iddia varsa, kim olursa olsun, sona qədər araşdırılmalıdır. Bu işin haraya qədər gedəcəyi, kimlərin cəza alacağı bizi maraqlandırmır”.  B. Arınç övladları həbs edilən 3 nazirin istefa verib-verməyəcəyi haqda sualı belə cavablandırıb: “Biz bu nazirlərə inanırıq. Lakin günahları varsa, bu, onları qoruyacağımız mənasına gəlməz. Onlar özləri istefa verə bilər və ya baş nazir bunu onlardan tələb edə bilər. Yaxın günlərdə bunu görəcəksiniz”.  Xatırladaq ki, dekabrın 17-də iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z. Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə. Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, “Halkbank”ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ narkotik ticarəti gəmisinə zərbə endirdi
Dünya 17:59
ABŞ narkotik ticarəti gəmisinə zərbə endirdi
İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq
Dünya 16:28
İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq
Rusiya ordusunun Kiyevə zərbəsi nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb
Dünya 16:14
Rusiya ordusunun Kiyevə zərbəsi nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb
Dəməşq və SDQ atəşkəsi bir ay müddətinə uzatmağı razılaşdırıblar
Dünya 15:58
Dəməşq və SDQ atəşkəsi bir ay müddətinə uzatmağı razılaşdırıblar
Ukrayna, ABŞ və Rusiya arasında danışıqlarınikinci günü başlayıb
Dünya 15:10
Ukrayna, ABŞ və Rusiya arasında danışıqlarınikinci günü başlayıb
Türkiyənin Balıkesir vilayətində zəlzələ olub
Dünya 14:36
Türkiyənin Balıkesir vilayətində zəlzələ olub
ABŞ ordusu Sakit okeanda gəmiyə hücum edib
Dünya 13:27
ABŞ ordusu Sakit okeanda gəmiyə hücum edib
Pentaqon ABŞ-nin əsas prioritetlərini açıqlayıb
Dünya 12:50
Pentaqon ABŞ-nin əsas prioritetlərini açıqlayıb
İranda 2 İŞİD üzvü edam edilib
Dünya 11:16
İranda 2 İŞİD üzvü edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol