Tramp xalqa müraciət edəcək
ABŞ prezidenti Donald Tramp dekabrın 17-si (18 dekabr Bakı vaxtı ilə saat 6:00-da) xalqa müraciət edəcəyini bildirib. Müraciət Ağ Evdən canlı yayımlanacaq.
Tramp bu barədə Truth Social hesabında məlumat verib və çıxışın ABŞ-ın Şərq sahili vaxtı ilə saat 21:00-da olacağını açıqlayıb. O, çıxışının mövzusu ilə bağlı ətraflı məlumat verməyib.
“Əziz amerikalılar, sabah axşam ölkəyə müraciətlə çıxış edəcəyəm… Bu, ölkəmiz üçün möhtəşəm bir il oldu və ən yaxşısı hələ qarşıdadır”, — Tramp yazıb.
Son xəbərlər
Daha çox