ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb
ABŞ-nin Kaliforniya ştatının San-Fransisko dairəsində 125 mindən çox istehlakçı işıqsız qalıb.Bu barədə "PowerOutage" monitorinq resursunun məlumatlarında bildirilib.
Məlumata əsasən, elektrik enerjisinin verilməsində fasilələr 125 542 yaşayış və kommersiya binasına təsir göstərib.
"Pacific Gas and Electric (PG&E)" şirkəti problemdən xəbərdar olduğunu və Bakı vaxtı ilə səhər saat 10:15-ə qədər problemi həll edəcəyini bildirib.
Son xəbərlər
Daha çox