• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq

Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
25.12.2025 10:36

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkov İsrailə və vasitəçi ölkələrə Trampın Qəzza Sazişinin ikinci mərhələsinin yanvar ayının əvvəlində başlayacağı barədə məlumat verib. Bu barədə İsrailin Kanal 13 televiziya kanalı yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat verib.

Məlumata görə, İsrail Trampın Qəzzanı tərksilah etmədən İsrailə ikinci mərhələyə keçməsi üçün təzyiq göstərəcəyindən narahatdır.

9 oktyabrda ABŞ Prezidenti Donald Tramp Misirdə davam edən danışıqlar zamanı İsrail və HAMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.

Qeyd edək ki, Misirdə imzalanan saziş 10 oktyabrda İsrail hökumətinin təsdiqi ilə qüvvəyə minib.

17 noyabrda isə BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən təqdim edilən 2803 saylı qətnaməni qəbul edərək, 2027-ci ilin sonuna qədər fəaliyyət göstərəcək beynəlxalq keçid qüvvələrinin yaradılmasını təsdiqləyib.

Qətnaməyə əsasən, keçid dövründə Qəzza qeyri-siyasi, texnokratik bir qurum tərəfindən idarə olunacaq.

Bu struktur beynəlxalq aktorları özündə birləşdirən Sülh Şurası adlanan yeni keçid orqanının nəzarəti altında fəaliyyət göstərəcək. ABŞ Prezidenti Donald Tramp şuraya sədrlik edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
Dünya 16:26
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Dünya 15:56
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Dünya 13:52
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Dünya 13:32
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Dünya 12:24
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol