Çin yeni hipersəs raketini sınaqdan keçirib
Çin 055 "Usi" tipli böyük esminesdən "YJ-20" hipersəs gəmi əleyhinə raketini sınaqdan keçirib.Bu barədə "Global Times" qəzeti xəbər verib.
Məlumata əsasən, sınağın görüntüləri bu gün "China Military Bugle" nəşri (Xalq Azadlıq Ordusu Məlumat və Media Mərkəzinin rəsmi veb saytı) tərəfindən dərc edilib
Görüntülərə görə, "YJ-20" hipersəs raketi esminesin arxa hissəsində yerləşən şaquli buraxılış sisteminin (VLS) elementlərindən birindən buraxılıb.