Pezeşkianla Putin ikitərəfli əlaqələri müzakirə edib
İran Prezidenti Məsud Pezeşkianla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Prezidentlər iki ölkə arasında birgə razılaşmaların həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar.
Danışıq zamanı prezidentlər strateji əlaqələrin əhəmiyyətini vurğulayaraq, Tehran və Moskva arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün müntəzəm məsləhətləşmələrin davam etdirilməsinin və koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Məlumatda həmçinin iki ölkə arasında infrastruktur, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsinin aparıldığı qeyd olunub.
Son xəbərlər
Daha çox