• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Maduro və xanımı narkoterrorizmdə ittiham olunur - Yenilənib

Maduro və xanımı narkoterrorizmdə ittiham olunur - Yenilənib
03.01.2026 17:02

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən ittihamlar məlum olub.Bu barədə ABŞ-nin Baş prokuroru Pamela Bondi sosial şəbəkə hesabında paylaşım edib.

O, Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu təsdiqləyib. Baş prokurorun sözlərinə görə, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində qaldırılan ittiham aktına əsasən, Maduro və Flores narkoterrorizm və külli miqdarda kokainin ABŞ-yə idxalında günahlandırılırlar. Bondi bəyan edib ki, onlar tezliklə “Amerika ədalətinin tam sərtliyi” ilə üzləşəcək.

Venesuela Baş prokuroru Tarek Uilyam Saab isə baş verənləri pisləyərək ABŞ-ni “quldur dövlət” adlandırıb. O bildirib ki, dövlət başçısının və xanımının təhlükəsizliyinə görə birbaşa Vaşinqton məsuliyyət daşıyır. 

ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 20:00-da Florida ştatındakı Mar-a-Laqo iqamətgahında geniş mətbuat konfransı keçirəcək. Konfransda “Cənub Nizəsi” (“Operation Southern Spear”) əməliyyatının gizli detallarının və Maduronun hazırkı vəziyyəti ilə bağlı görüntülərin təqdim olunacağı gözlənilir.

***

ABŞ ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores artıq ABŞ-yə gətirilib.Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bildirilib ki, Maduro mühakimə olunması üçün artıq Nyu-Yorkdadır.

Məlumata görə, o, Manhetten federal məhkəməsində prosesi gözləyərkən Bruklindəki Metropoliten Detensiya Mərkəzində (MDC Brooklyn) saxlanıla bilər.

***

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı saxlanılıb.Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib.

Tramp Maduro və həyat yoldaşının yaxalanaraq ölkədən çıxarıldığını açıqlayıb:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə inflyasiya dekabrda 30,89%-ə düşərək son dörd ilin minimumuna enib
İqtisadiyyat 13:02
Türkiyədə inflyasiya dekabrda 30,89%-ə düşərək son dörd ilin minimumuna enib
Astronomlar ulduzu olmayan “gəzən” ekzoplanet kəşf ediblər
Dünya 12:11
Astronomlar ulduzu olmayan “gəzən” ekzoplanet kəşf ediblər
Tramp: Ukraynanın Putinin Valday iqamətgahına hücumuna inanmıram
Dünya 10:49
Tramp: Ukraynanın Putinin Valday iqamətgahına hücumuna inanmıram
Xamenei Moskvaya qaçmağı planlaşdırır
Dünya 10:09
Xamenei Moskvaya qaçmağı planlaşdırır
Tramp Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmadığını bildirib
Dünya 08:53
Tramp Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmadığını bildirib
Erməni Apostol Kilsəsində islahatlara hazırlıq elan edilib
Dünya 08:43
Erməni Apostol Kilsəsində islahatlara hazırlıq elan edilib
ABŞ prezidenti: Kuba hakimiyyəti süquta yaxındır
Dünya 08:28
ABŞ prezidenti: Kuba hakimiyyəti süquta yaxındır
Maduro Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaq
Dünya 08:07
Maduro Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaq
Shell və BP Venesuelaya qayıda bilər
Dünya 08:04
Shell və BP Venesuelaya qayıda bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol