• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb

"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb
06.01.2026 22:10

İsveçrənin "Nestle" şirkəti ürəkbulanma və qusma yaradan toksinin ola biləcəyi ehtimalına görə 25 ölkədən bir neçə uşaq qidası partiyasını, o cümlədən SMA, BEBA və NAN qida qarışıqlarını geri çağırdığını açıqlayıb.Bu barədə "Reuters" şirkətin bəyanatına istinadən məlumat yayıb.

Məlumata əsasən, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki partiyaları da əhatə edib. Şirkət xəbərdarlıq edib ki, qida qarışıqlarında "Bacillus cereus" bakteriyaları tərəfindən istehsal olunan "cereulid" toksini ola bilər. Bununla belə, "Nestle" indiyədək geri çağırılan məhsullarla bağlı yoluxma və ya simptomların təsdiqlənmədiyini bildirib.

Avstriyanın Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırma "Nestle"nin 10-dan çox zavodunda istehsal olunan 800-dən çox məhsulu əhatə edib. Qurumun qiymətləndirməsinə görə, bu, şirkət tarixində ən böyük məhsul geri çağırmasıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Filippində 5,3 maqnitudalı zəlzələ baş verib
Dünya 00:05
Filippində 5,3 maqnitudalı zəlzələ baş verib
Rusiya Xarkovda sərnişin qatarını bombaladı
Dünya 23:43
Rusiya Xarkovda sərnişin qatarını bombaladı
Bu miqrantlara Rusiya vətəndaşlığı və yaşayış icazəsi verilməyəcək
Dünya 23:31
Bu miqrantlara Rusiya vətəndaşlığı və yaşayış icazəsi verilməyəcək
"Volkswagen" 45 minə yaxın elektrikli avtomobilini geri çağırır
Dünya 23:13
"Volkswagen" 45 minə yaxın elektrikli avtomobilini geri çağırır
ABŞ Yaxın Şərqdə təlimə başlayır
Dünya 22:30
ABŞ Yaxın Şərqdə təlimə başlayır
Tramp Suriya prezidenti ilə telefon danışığı aparıb
Dünya 22:29
Tramp Suriya prezidenti ilə telefon danışığı aparıb
Mirzoyan AŞPA rəhbəri ilə İrəvan və Bakı arasında sülh prosesindən danışıb
Dünya 21:45
Mirzoyan AŞPA rəhbəri ilə İrəvan və Bakı arasında sülh prosesindən danışıb
Timoşenko Rusiyada axtarışa verildi
Dünya 20:29
Timoşenko Rusiyada axtarışa verildi
Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək
Dünya 18:57
Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol