Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian ABŞ-ı ölkədəki etirazçılara sabitliyi pozmaq üçün təhrik etməkdə ittiham edib.Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Pezeşkian Vaşinqtonun “diplomatiya və dialoqa zərbə vurduğunu”, “beynəlxalq norma və qaydaları pozduğunu” söyləyərək, ABŞ-ın İranı digər ölkələrlə eyniləşdirərək bəzi şəxsləri iğtişaş və xaos yaratmağa təhrik etməyə çalışdığını deyib.
O, bütün bu hallara baxmayaraq İran xalqının öz ölkəsini və dövlət quruluşunu əvvəlkindən daha güclü şəkildə dəstəkləyəcəyini vurğulayıb.