İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
İtaliyada yaşayan iranlılar ölkələrinin Milandakı konsulluğunun lövhəsini sökərək yerinə İslam inqilabından (1979-cu il -Qeyd) əvvəlki, üzərində "Aslan və Günəş" simvolu olan bayrağı qaldırıblar.Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Yanvarın 10-da baş verən hadisənin iştirakçıları bununla İrandakı etirazlara həmrəylik nümayiş etdiriblər.
Həmin gün Londonda da etirazçılardan biri səfirliyin binası üzərindəki İran bayrağını endirib.